İngiltərənin "Stokport Kaunti" klubun baş məşqçisi Endi Maqnan karyerasını "Real"da davam etdirə bilərmiş.

Offsideplus.az xəbər verir ki, Karlo Ançelotti mütəxəssisin köməkçisi olmasını istəyib. Lakin Brexit qaydalarına görə, məşqçi İspaniyaya yollana bilməyib.

Məlumatı "The Times" nəşri yayıb. İngiltərə Avropa İttifaqından çıxdığı üçün Endi Maqnan işçi icazəsi ala bilməyib.

Mütəxəssis apellyasiyaya şikayət edə bilər. Lakin qərarın dəyişməsi mümkün deyil.