Vinisius Junior maraqlı açıqlama ilə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, "Real"ın üzvü İspaniyada irqçiliyin həddən artıq çoxaldığını bildirib. O, belə halların davam edəcəyi təqdirdə, 2030-cu ildə keçiriləcək Dünya Çempionatının yerinin dəyişdirilməsinin vacib olduğunu bildirib:
"Ümid edirəm ki, İspaniya inkişaf edib, insanı dərisinin rənginə görə təhqir etməyin nə qədər ciddi olduğunu başa düşə bilər. Düşünürəm ki, 2030-cu ilə qədər vəziyyət düzəlməzsə, o zaman Dünya Çempionatının yerini dəyişmək lazım gələcək. Oyunçular irqçilikdən əziyyət çəkə biləcəkləri ölkədə özlərini rahat və təhlükəsiz hiss etməyəcəklər.
Mən vəziyyəti dəyişmək üçün mümkün olan hər şeyi etmək istəyirəm. Çünki İspaniyada insanların çoxu irqçi deyil. Yaşamağın çox xoş olduğu ölkənin imicinə təsir edən kiçik bir qrup var.
"Real"da oynamağı sevirəm. İspaniyanı sevirəm. Orada mənim və ailəm üçün ən yaxşı şərait var. Ümid edirik ki, vəziyyət yaxşılaşacaq və 2030-cu ilə qədər irqçilik hadisələrinin sayı azalacaq".