Rikardo Rodriqes karyerasını İspaniyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, isveçrəli "Betis"lə rəsmi müqavilə imzalayıb. 

31 yaşlı müdafiəçi ilə sazişin müddəti 2025/26 mövsümünə kimidir.

Qeyd edək ki, Rikardo Rodriqesin son klubu "Torino" olub. Müdafiəçi ötən mövsüm 37 matçda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.