Lamin Yamala "Ginnesin Rekordlar Kitabı"nın serfikatı təqdim olunub. 

Offsideplus.az xəbər verir ki, ispaniyalı futbolçu Avropa Çempionatının finalında iştirak edən, həm də turnirdə qol vuran ən gənc oyunçu ünvanına sahib çıxıb. 

Qeyd edək ki, Yamal AÇ-2024-də İspaniya millisinin heyətində 7 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Turnir zamanı futbolçunun 17 yaşı tamam olub.