"Salsburq"un və Xorvatiya millisinin futbolçusu Luka Suçiç karyerasını İspaniyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, onu "Real Sosyedad" rənglərinə qatıb.

La Liqa klubu adıçəkilən komandaya 10 milyon avro ödəyib.

Suçiçlə 6 illik razılaşma əldə edilib.

Yarımmüdafiəçi 2023/24 mövsümündə 32 oyunda 5 qol və 9 ötürmə ilə yadda qalıb.