"Zaltsburq"un yarımmüdafiəçisi Luka Suçiç karyerasını İspaniyada davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçu "Real Sosyedad"ın sıralarında yer alacaq. Tərəflər arasında uzunmüddətli müqavilə imzalanıb. 

Xorvatiya millisinin üzvü ilə 2029/30 mövsümünə qədər saziş bağlanıb.