Daniel Olmo karyerasını yenidən İspaniyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Barselona" yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə məlumatı insayder Fabritsio Romano yayıb. 

Kataloniyalılar "Leyptsiq"ə 55 milyon avro 7 milyon dəyərində bonuslar təklif edib. 

Qeyd edək ki, "Barselona" futbolçunun özü ilə 6 illik müqavilə imzalamaq niyyətindədir.