"Atletik"in üzvü Niko Uilyamsın "Barselona"ya keçidi baş tutmaya bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə AS qəzeti məlumat yayıb.
Qeyd olunub ki, hücumçunun daha bir mövsüm "Atletik"də qalmaq ehtimalı yüksəkdir.
Onun komanda ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Xatırladaq ki, daha əvvəl onun Kataloniya klubu ilə razılıq əldə etməyə yaxın olduğu qeyd olunurdu.