"Barselona"nın hücumçusu Robert Levandovski yeni mövsüm haqda fikirlərini bölüşüb.

Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu il daha çox qol vuracağını deyib:

"Ötən mövsümlə müqayisədə daha çox qol vuracağıma əminəm. Keçən il həm həmin, həm də komandam üçün uğurlu olmadı".

O, 49 matçda 26 qol vurub, 9 məhsuldar ötürmə ilə yadda qalıb.