"Real" "Bavariya"nın futbolçusu  Alfonso Deyvislə razılığa gəlib.

Offsideplus.az AS qəzetinə istinadən xəbər verir ki, müdafiəçi 2024/25 mövsümünün sonunda azad agent kimi Madrid klubuna keçəcək.

"Kral klubu" bu il futbolçu üçün Münxen təmsilçisinə 35 milyon avro təklif etsə də, onlar bununla razılaşmamışdı. Bundesliqa komandasının rəhbərliyi  50 milyon avro qarşılığında razılaşacaqlarını bildiriblər.

Deyvis 2019-cu ildən "Bavariya"da çıxış edir. O, 2023/24 mövsümündə 42 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.