Ansu Fati "Barselona"dan ayrıla bilər.

Offsideplus.az "Todofichajes" nəşrinə istinadən xəbər verir ki, onun xidmətində "Sevilya" maraqlıdır.

Belə ki, hücumçu daha az oyun şansı əldə etdiyindən keçidə "yox" deməyəcək.

Fati son mövsümü "Brayton"da keçirib.

Xatırladaq ki, o, dünən ayağından zədə alıb və ABŞ toplanışına gedəcəyi sual altındadır.