"Barselona"nın futbolçusu Ansu Fati zədələnib.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı oyunçu məşq zamanı sağ ayağından xəsarət alıb.

Forvardın nə zaman yaşıl meydanlara dönəcəyi məlum deyil.

O, ötən mövsüm "Brayton"da icarə əsasında çıxış edib. İspaniyalı 19 matçda 2 qolla yadda qalıb.

Mövsüm başa çatdıqdan sonra yenidən Kataloniya klubunun düşərgəsinə qayıdıb.