"Barselona"nın futbolçusu Robert Levandovski komandadan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə "Todofichajes" nəşri məlumat yayıb.
Qeyd olunub ki, polşalının müqaviləsində bənd sözləşməni birtərəfli qaydada ləğv etməyə imkan verir.
Məlumata görə, 35 yaşlı oyunçu qarşıdakı mövsüm oyunların 55%-də iştirak etməsə, "Barselona"nı tərk edəcək.
Onun Kataloniya klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.