"Əl-İttihad"ın futbolçusu Nqolo Kante karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, onun xidmətində "Barselona" maraqlıdır.
Belə ki, Kataloniya təmsilçisi yarımmüdafiəçinin AÇ-2024-cü ildəki çıxışını bəyənib. Belə ki, o, Fransa millisinin heyətində sözügedən yarışda 6 matçda meydana çıxıb. 33 yaşlı oyunçu 2018-ci ildə yığma ilə dünya çempionu olub.
2023-cü ildən Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində forma geyinən futbolçu 44 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Kantenin komandası ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.