"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan Madridə dəvət olunub.

Offsideplus.az xəbər verir ki, mütəxəssis Mbappenin təqdimat mərasiminə çağırılıb.

Təqdimat iyulun 16-da baş tutacaq. 

Fransız hücumçu "kral klubu" ilə 5 illik müqavilə imzalayıb.