"Real" Xoselunun Qətər klubuna transferinə yardım edəcək.

Offsideplus.az xəbər verir ki, "Kral klubu" Xoselunu 1,5 milyon avro birbaşa alıb, daha sonra eyni qiymətə satacaq. Əldə olunan eyni məbləğ isə "Espanyol" klubuna qaytarılacaq.

Rəhbərlik futbolçunun "Al Qarafa" klubuna satışına yardım etmək istəyir.

Qeyd edək ki, Xoselu ötən mövsüm 49 oyuna çıxıb, 17 qol və 3 assistə imza atıb.