"Real Madrid" klubu Kilian Mbappe transferindən böyük məbləğdə gəlir əldə edəcəyinə inanır.

Offsideplus.az "AS" nəşrinə istinadən xəbər verir ki, "Kral klubu" fransız forvardın keçidindən 500 milyon avro qazanacağını düşünür. Klub bu məbləği forma satışları, sponsorluq müqavilələri və imic haqlarından əldə edəcək.

Qeyd edək ki, klub 25 yaşı hücumçunu 5 il müddətinə transfer edib.