"Real Madrid"də baş məşqçi Xabi Alonsonun ötən gecə "Mançester Siti"yə məğlubiyyət sonrası qovulacağı gözlənilirdi.

Offsideplus.az xəbər verir ki, bu hal yaşanmadı. 

Son məlumatlara görə, rəhbərlik ona daha bir şans verməyə qərar verib. Klub növbəti oyununu La Liqada "Alaves"ə qarşı keçirəcək.

Əgər həmin oyunda komanda qalib gələ bilməzsə, baş məşqçi qovulacaq.