"Barselona" müdafiəçisi Erik Qarsiyanın müqaviləsini uzadacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun prezidenti Xoan Laporta məlumat verib.

Onunla yeni sözləşmə növbəti həftə imzalanacaq.

"Barselona" yetirməsi olan E. Qarsiya 2021-ci ildə katalon klubuna qayıdıb.

O, burada 134 oyuna çıxıb və 7 qol vurub.