"Barselona" sabah La Liqanın XIV turunda "Alaves" ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, katalon klubunda zədəlilərdən Pedri sağalıb. O, "Alaves"lə oyunda meydanda ola biləcək.

Ronald Arauxo isə sıradan çıxıb. O, bir müddət komandadan uzaq qalacaq.

"Barselona" - "Alaves" oyunu noyabrın 29-da, Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

Qeyd edək ki, katalan klubu 32 xalla hazırda La Liqada 2-ci yerdədir. Onlar lider "Real Madrid"dən cəmi 1 xal geri qalır.