Pep Quardiola "Barselona"nın prezidenti olması ilə bağlı yayılan fikirlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, bu variantı istisna edib: “Barselona" prezidenti olmaq? Mən Barsanı rədd etmirəm. İnsan haradan başladığını həmişə sevir. Amma mənim qalstukla prezidentlik lojasında oturmağım? Xeyr, şəxsən özümü belə bir rolda görə bilmirəm.”
Quardiola “Barsa”ya bağlılığını vurğulasa da, klub prezidenti kimi fəaliyyət göstərməyi öz xarakterinə uyğun görmədiyini qeyd edib.



