La Liqanın ulduz futbolçusu Türkiyə Superliqasına keçə bilər.
Offsideplus.az xəbər verir ki, söhbət Aleksander Sörlotdan gedir. İspaniya mətbuatına görə, "Atletiko Madrid"də davamlı oyun şansı tapa bilməyən norveçli hücumçu komandadan ayrılmaq istəyir.
"Fənərbağça" isə bu vəziyyəti öz xeyrinə çevirməyi planlaşdırır və hücum xəttini onunla gücləndirmək istəyir. Futbolçu özü də Türkiyə Superliqasına keçməyə müsbət yanaşır.
Qeyd edək ki, norveçli daha əvvəl Türkiyə Superliqasında çıxış edib və "Trabzonspor"un şərəfini qoruyub.



