"Barselona"nın 2026-cı ilin yayı üçün əsas transfer hədəfi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi gələn il Julian Alvarezi heyətinə cəlb etmək üçün çalışacaq. Klub argentinalı futbolçu üçün "Atletiko"ya (Madrid) 100 milyon avroya qədər ödəməyə hazırdır. Bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Qeyd edək ki, 25 yaşlı hücumçu cari mövsüm La Liqada 3 oyuna artıq 1 qol vurub.



