La Liqada ilk tura bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, "Real Madrid" "Osasuna"nı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

"Real Madrid" mövsümə 4 yeni futbolçu ilə başlayacaq - Trent Aleksandr-Arnold, Din Höysen, Alvaro Karreras və Franco Mastantuono.

Bu oyunçulardan Aleksandr-Arnold və Din Höysen artıq "kral klubu"nda debüt edib.

Komanda eyni zamanda yeni baş məşqçiyə tapşırılıb. Xabi Alonso uğurlu "Bayer" karyerasından sonra eyni nəticəni burada təkrarlamağa çalışacaq.

"Osasuna" bu yay ən bahalı transferini elə Madrid təmsilçisindən edib. "Kral klubu"nun yetirməsi Viktor Munyos 5 milyon avroya Pamplonanın yolunu tutub.

Qeyd edək ki, "Real Madrid" ötən mövsümü 2-ci, "Osasuna" isə 9-cu yerdə başa vurub.