"Real Madrid" klubunda yeni transfer sabah ictimaiyyətə təqdim ediləcək.
Offsideplus.az xəbər verir ki, söhbət 17 yaşlı Franko Mastantuonodan gedir. Onun sabah 18 yaşı tamam olacaq və buan görə də, qaydalara əsasən onunla sabah rəsmi müqavilə imzalamaq mümkün olacaq.
Madridlilər onu əsas komandada deyil, B komandasında qeydiyyatdan keçirməyi düşünür. Buna səbəb isə hazırda komandada 25 mümkün yerdən 24-nün dolu olması və 1 yeri yeni transfer ehtimalına görə boş saxlamaq istəmələridir.
Qeyd edək ki, gənc futbolçu "River Pleyt" klubundan 45 milyon avroya transfer edilib.



