"Barselona"da İnyiqo Martinesin ayrılığından sonra ən böyük sual yeni müdafiəçinin transfer edilib-edilməyəcəyidir.

Offsideplus.az xəbər verir ki, bu barədə suala katalon klubunun baş məşqçisi Hansi Flik cavab verib:

"Yeni bir mərkəz müdafiəçisi alacağımızı düşünmürəm".

İ. Martinesin ayrılığından sonra "Barselona"nın hazırda 4 mərkəz müdafiəçisi var: Pau Kubarsi, Ronald Arauxo, Erik Qarsiya və Andreas Kristensen.

Qeyd edək ki, A. Kristensenin klubdan ayrılacağı gözlənilirdi. Lakin son baş verənlərdən sonra onun komandadan getmək ehtimalı azalıb.