"Barselona"nın baş məşqçisi Hansi Flikin istəyi klubun rəhbərliyi tərəfindən yerinə yetirilməyib.
Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis katalon klubunun İvan Perişiçi transfer etməyini istəyib. Lakin idman direktoru Deku buna müsbət yanaşmayıb. O, yaşlı oyunçulardansa, gənc futbolçuların heyətə cəlb edilməsinin daha düzgün olduğunu düşünür.
60 yaşlı mütəxəssis bundan məyus olsa da, rəhbərlik qərarında qətidir. Onlar daha uzunmüddətli planlar qurur.
Qeyd edək ki, "Barselona"ya keçidi alınmayan 36 yaşlı Perişiçin PSV-də qalacağı gözlənilir. Xorvatiyalı futbolçu Niderland nəhəngi ilə 2 illik müqavilə imzalayacaq.