"Barselona" klubu tezliklə yeni transferini açıqlayacaq.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi "Kopenhagen" klubundan cinah hücumçusu Runi Bardjini heyətinə cəlb etməyə yaxındır. 19 yaşlı futbolçunun keçidi tezliklə rəsmən açıqlanacaq.
"Barselona" Danimarka klubuna 2 milyon avro ödəniş edəcək. Müqavilədə bonuslar və növbəti satışdan pay maddələri də yer alacaq.