"Mançester Yunayted"in futbolçusu Antoni ilə maraqlanan klublar var.
Offsideplus.az xəbər verir ki, İtaliyanın "Komo" klubu braziliyalı hücumçunu heyətində görmək istəyir. Seriya A təmsilçisi yaxın günlərdə əlaqəyə keçsə də, ulduz vinger karyerasını "Betis"də davam etdirmək istəyir.
"Mançester Yunayted" də Antonini La Liqa klubuna göndərməyə razıdır. Klublar arasında hələ ki razılıq əldə edilməyib.
Qeyd edək ki, Antoni ötən mövsümü icarə əsasında "Betis"də keçirib.