"Real Madrid" daha bir transferi bitirməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, "kral klubu" 16 yaşlı Abdella Uazanı transfer edir. O, "Ayaks"ın akademiyasından Madrid təmsilçisinə qoşulacaq.
Bu keçidin iyul ayında baş tutacağı gözlənilir. Uazan "Real Madrid"in gənc komandasında çıxış edəcək.
Uazan yarımmüdafiəçi mövqeyində oynayır. Oyun stili Cud Bellinqemə bənzədilir. Onun həm Mərakeş, həm də Niderland vətəndaşlığı var.
Onun balaca qardaşı Zakariya da "Real Madrid"ə qoşulacaq.