"Real Madrid" klubu gizli transfer üzərində çalışır. 

Offsideplus.az xəbər verir ki, bu barədə ispan insayder Yoakin Maroto məlumat yayıb. "Kral klubu"nun hədəfində olan futbolçu ötən gecə Millətlər Liqasının finalında oynayıb. Adı açıqlanmayan həmin şəxs barədə yeganə məlumat budur ki, o, Niko Vilyams deyil. 

Qeyd edək ki, Millətlər Liqasının həlledici matçında İspaniya və Portuqaliya yığmaları qarşılaşıb. Əsas və əlavə vaxt 2:2 hesabı ilə başa çatıb, penaltilər seriyası isə 5:3 hesabı ilə Portuqaliyanın qələbəsi ilə yekunlaşıb.