"Sevilya"dan ayrılan Susonun yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı futbolçu karyerasını İspaniya 2-ci Liqasında çıxış edən "Kadis"də davam etdirəcək.
Bu barədə klub rəsmi saytından məlumat yayıb.
"Kadis" Suso üçün doğma klubdur. O, 6 il bu klubun akademiyasında çıxış edib.
İspaniyalı futbolçu 2020-ci ilin yanvarından "Sevilya"nın formasını geyinirdi. O, Andalusiya təmsilçisi ilə 2 dəfə Avropa Liqasının qalibi olub.