"Real Madrid" klubunda daha bir ayrılıq yaşanıb.
Offsideplus.az xəbər verir ki, 10 ildir "kral klubu"nda olan Xesus Valyexo ilə yollar ayrılıb.
Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Vaıyexonun "Real Madrid" karyerası daha çox icarələrdə keçib. Buna baxmayaraq o, "kral klubu"nda 13 titul qazanmağı bacarıb.
2015-ci ildən İspaniya nəhəngində olan 28 yaşlı müdafiəçi cəmi 32 oyunda meydanda olub