Karlo Ançelotti "Real Madrid" klubuna qayıda bilər.
Offsideplus.az xəbər verir ki, italyan mütəxəssis bunu "Marca"ya müsahibəsində söyləyib. O, "Real"la həmişəlik vidalaşmısınız?", sualına belə cavab verib:
"Xeyr, əslində sonra görüşərik, demişəm. Bir insan heç vaxt "Real"ı həmişəlik tərk edə bilməz".
Ançelotti Braziliya milli komandasını seçməsinin səbəbindən söz açıb:
"Çünki bu milli komanda dünyanın ən yaxşısıdır. Formasındakı 5 ulduz bundan xəbər verir", deyə K.Ançelotti qeyd edib.