"Real Madrid" klubu daha bir transferi bitirib.
Offsideplus.az xəbər verir ki, "kral klubu" Alvaro Karreras üçün "Benfika" ilə razılığa gəlib. Gənc futbolçunun özü ilə daha əvvəl razılıq əldə edilmişdi.
Madrid təmsilçisinə yaxın olan bütün jurnalistlər bu məlumatı təsdiqləyir.
Karreras və Trent Aleksandr-Arnold Klublararası Dünya Çempionatında "Real Madrid"ə kömək edə biləcək.
"Kral klubu"nda növbəti hədəf yarımmüdafiəni gücləndirmək olacaq. Ən böyük namizəd isə Angelo Ştillerdir.