İspaniya La Liqasında 2024-25 mövsümündə yayımlardan ən çox gəlir əldə etmiş klubların adlarına aydınlıq gəlib.
Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, "Barselona" geridə qoyduğumuz sezonda 91 milyon avro qazanıb. Yayımdan ən çox qazancı olan ikinci klub 84 milyon avro ilə "Real Madrid"dir. "Atletiko Madrid" isə 77 milyon avro əldə edib.
Qeyd edək ki, "Barselona" 2024-25 mövsümü üzrə La Liqanın qalibi olub.