"Qızıl Oğlan" mükafatını qazanacaq əsas namizəd bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Barselona"nın futbolçusu Pau Kubarsi 2025-ci il üzrə prestijli mükafatı qazanmağa favorit oyunçudur. Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
Onun komanda yoldaşı Lamin Yamal reytinqdə birinci olsa da, daha öncə "Qızıl Oğlan" seçildiyi üçün artıq mükafatı qazana bilməyəcək.
Hazırda reytinqdə ilk "3-lük" aşağıdakı kimidir:
1. Lamin Yamal ("Barselona") - 97,7 xal
2. Pau Kubarsi ("Barselona") - 95,4 xal
3. Doue (PSJ) - 92 xal