"Real Madrid" klubunda 2024-25 mövsümünün ən yaxşı futbolçusu seçilib. 

Offsideplus.az xəbər verir ki, bu ada fransız hücumçu Kilian Mbappe layiq görülüb.  Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Kilian "Kral klubu"nun formasında çıxdığı oyunlarda 43 qol və 5 assistə imza atıb.

Qeyd edək ki, Mbappe cari mövsüm üzrə "Qızıl Buts" mükafatına da sahib çıxıb.