"Real"a gəlişindən sonra Xabi Alonso bəzi futbolçuları komandadan göndərəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sport" nəşri məlumat yayıb. Gedəcək oyunçular siyahısında birinci yerdə Ferlan Mendi qərarlaşıb. Uzun müddət zədə səbəbindən "Kral klubu"na yardım edə bilməyən, yaşıl meydanlara qayıtdığında əvvəlki performansı göstərməyən müdafiəçi ilə yollar ayrılacaq.
Bundan əlavə, özlərini yeni klubda sınamaq istəyən David Alaba və Rodriqonun da komandadan gedişi gündəmdədir.