"Barselona" klubu gənc ulduzu Lamin Yamal ilə müqaviləni yeniləyib.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi 17 yaşlı futbolçu ilə sözləşmənin müddətini 2031-ci ilədək uzadıb. Yeni müqaviləyə əsasən Lamin Yamal illik 15 milyon avroya yaxın gəlir əldə edəcək. Oyun dəqiqəsi, qol və gələcəkdə "Qızıl Top" mükafatını qazanmasından asılı olaraq bonuslar veriləcək.
Qeyd edək ki, Lamin 2024-25 mövsümündə "Barselona"nın heyətində 18 qol vurub, 25 assistə imza atıb.