Luka Modriç 2024-25 mövsümünün sonunda "Real Madrid" klubundan ayrılacaq. 

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi 39 yaşlı kapitanı ilə müddəti başa çatan müqaviləni yeniləməyib. Xorvatiyalı ulduz klubda daha bir il müddətinə qalmaq istəsə də, yeni sözləşmə təklifi almayıb. Beləliklə, 2013-cü ildə "Tottenhem"dən "Real"a transfer edilən Luka Modriçin "Kral klubu"ndakı dönəmi başa çatıb. 

İspaniya La Liqasının son turunda "Real Sosyedad"a qarşı mayın 24-də "Santyaqo Bernabeu"da keçiriləcək oyun Lukanın "Real"da son matçı olacaq.