"Real Madrid" Klublararası dünya çempionatına itki ilə yollanacaq.
Offsideplus.az xəbər verir ki, "Kral klubu" braziliyalı hücumçu Endrikin xidmətlərindən istifadə edə bilməyəcək. "Sambaçı" 2 ay müddətinə zədələnib və yaşıl meydanlardan uzaq qalacaq. Onun klublararası dünya çempionatında iştirak etməyəcəyi dəqiqdir.
Qeyd edək ki, 32 klubun mübarizə aparacağı sözügedən turnir 2025-ci ilin 15 iyun - 13 iyul tarixlərində keçiriləcək.



