"Barselona" 28-ci dəfə İspaniya çempionu olub. Onlar cari mövsüm ümumilikdə 3 kubok qazanıb.
Offsideplus.az xəbər verir ki, katalon klubunun baş məşqçisi Hansi Flik növbəti mövsüm daha yaxşı olacaqlarına inanır:
“Mən insanların uğurumuzdan sevincdən ağladığını görmüşəm və bu, fantastikadır.
Növbəti mövsüm daha yaxşı olmaq mənim məsuliyyətimdədir”.



