"Barselona" baş məşqçisi haqqında qərarını verib.

Offsideplus.az xəbər verir ki, klubun prezidenti Xuan Laporta komandanın baş məşqçisi Hans-Diter Fliklə əməkdaşlığın 2027-ci ilin yayına qədər uzadılması barədə razılığın əldə olunduğunu təsdiqləyib. Alman mütəxəssisin mövcud müqaviləsi 2025/2026 mövsümünün sonuna kimidir. Laporta verdiyi açıqlamada bunları deyib:

"Biz hələ yanvar ayında razılaşdıq ki, Flik müqaviləni bir il uzadacaq – 2027-ci ilə qədər. Bu razılaşmanı hələ rəsmi sənədlə təsdiqləməmişik, amma Hansi sözübütöv insandır. O bunu daha əvvəl sübut etmişdi – o zaman demişdi ki, "Barselona"çalışdıra bilməz, çünki Almaniya millisiylə müqavilə imzalamışdı. Lakin o vaxtdan düşünürdüm ki, bir gün o, "Barselona"nın baş məşqçisi olacaq".