Cari mövsüm "Barselona"da Mark Andre Ter-Ştegenin yoxluğunda əsas qapıçı olan Voytsex Şesni gələcək karyerasından danışıb.
Offsideplus.az xəbər verir ki, iyun ayında sözləşməsinin müddəti başa çatacaq polşalı qolkiper komandada qalıb-qalmaması barədə hələ ki, qərar verməyib:
"Yeni müqavilə təklifini qəbul etsəm, əminəm ki, gələn mövsüm ehtiyat qapıçı olacam. Hələ ki qərar verməmişəm, çünki bu situasiya mənim üçün bir ilkdir".