Rodriqonun "El Klasiko"da iştirak etməməsinin səbəbi bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Real Madrid"in hücumçusunun ayağında narahatlıq var. Bunu komandanın baş məşqçisi Karlo Ançelotti açıqlayıb:
"Rodriqo məyusdur, lakin başqa problem yoxdur. Onun qızdırması vardı və ötən həftə məşq etmədi. Buna görə də formada deyil. Narahat hiss edirdi, biz də bunu nəzərə aldıq. Komandada hər kəs Rodriqonu sevir, xüsusilə də mən".
Qeyd edək ki, "Barselona" son La Liqa matçında "Real"ı 4:3 hesabı ilə məğlub edib.
Xatırladaq ki, İspaniya mətbuatında "sambaçı"nın "El Klasiko"da iştirak etməməsinin səbəbi kimi özünə dəyər verilmədiyini düşündüyü göstərilmişdi.



