"Real" klubundakı bəzi şəxslər baş məşqçi Karlo Ançelottidən narazı idi.

Offsideplus.az xəbər verir ki, bunların başında "kral klubu"nun şef skautu Xuni Kalafat gəlir. Kalafat italiyalı mütəxəssisin Arda Güler və Endriki yetəri qədər oynatmadığını düşünüdür. 

Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Kalafat 2013-cü ildən "Real"da çalışır. O, Madrid təmsilçisində transferdə əsas söz sahiblərindən biridir.

Əlavə edək ki, Ançelotti cari mövsümün sonunda "Real"dan ayrılacaq. O, Braziliya yığmasının yeni baş məşqçisi olacaq.