"Barselona" baş məşqçisi Hansi Flik ilə müqavilə uzadacaq.
Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssisin gələn ilin yayında başa çatacaq sözləşməsi daha bir il artırılacaq. O, 2027-ci ilə qədər katalon klubunda qalacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Flik 1 ildir "Barselona"da çalışır. O, "blauqrana" ilə ilk mövsümdəcə İspaniya Kuboku və Superkubokunu qazanıb. Onun komandası İspaniya çempionluğundan isə bir addım uzaqlıqdadır.