Rafinya "Barselona" klubundan ayrılmayacaq. 

Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu bunu "Movistar"a açıqlamasında bildirib. 

"Növbəti? Müqaviləm yenilənəcək. "Barselona" ilə futbolda pik həddə çatmağı düşünməmək məntiqsizdir. Düzünü desəm, hər şeydən zövq alıram. Bu, yuxuma da girməzdi".

Qeyd edək ki, 28 yaşlı hücumçunun Kataloniya təmsilçisi ilə sözləşməsinin müddəti 2027-ci ildə başa çatacaq.