İspaniya La Liqasında mart ayının ən yaxşı baş məşqçisi bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Barselona"nı çalışdıran Hansi Flik bu mövsüm 4-cü dəfə mükafatın sahibi olub.
Onun komandası bu ay 2 görüşdə meydana çıxıb və hər ikisində qələbə qazanıb. Onlar doğma meydanda "Real Sosyedad"a, səfərdə isə "Atletiko"ya qalib gəlib. Katalon klubu bu matçlarda 8 qol vurub.
"Barselona" hazırda 60 xalla La Liqada liderdir.